Dünya 15:00 17.09.2020

Rusiya KİV: Lukaşenkonun kiçik oğlu saxta adla Moskvaya köçdü

Belarus Prezidenti Aleksander Luka.enkonun kiçik oğlu Nikolay Moskvaya köçüb və saxta adla təhsil alacaq.

Qaynarinfo xəbər verir ki, bu haqda "Komsomolskaya Pravda” yazır.

Belarus Dövlət Universitetinin liseydəki bir mənbə may ayında oraya daxil olmuş kiçik Lukaşenkonun gəlib sənədlərini götürdüyünü deyib. Belarus Milli Elmlər Akademiyasının keçmiş prezidenti Aleksandr Voytoviç məlumatı təsdiqləyib: Belarus Dövlət Universitetinin liseyi təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılığını pisləyib və səlahiyyətlilər dövlət başçısının oğlunun orada oxumağının rahat olmayacağına qərar verib.

"Göründüyü kimi, müəllimlərin Lukaşenkoya olan pis münasibətinin oğluna da göstəriləcəyinə qərar verilib. Buna görə Kolya sənədləri götürdü və bundan sonra Moskvada təhsil alacaq”, - Voytoviç deyib. O, "təhsil sahəsində" olan tanışlarından Nikolay Lukaşenkonun Moskva Dövlət Universitetindəki bir gimnaziyaya köçürüldüyünü öyrənib.

Keçmiş DTK zabiti Belarus prezidentinin oğlunun "məxfilik şəraitində Moskvaya aparıldığını” və ilk dəfə səfirliyə yerləşdirildiyini söyləyib. "Kolya saxta bir ad altında təhsil alacaq. Ən azı əvvəl-əvvəl distansion şəkildə”, - mənbə əlavə edib.

Xatırladaq ki, altıncı həftədir Belarusda Lukaşenkonun istefası və yeni prezident seçkiləri tələbi ilə kütləvi etiraz aksiyaları davam edir. Minskdəki kütləvi mitinqlərdən birində Lukaşenko vertolyotla əlində avtomat iqamətgahına uçub. Yanında avtomatla silahlanmış kiçik oğlu da olub.
 
Alpər