Dünya 18:57 30.03.2020

Rusiya nədən fövqəladə vəziyyət elan etmir? – Peskovun izahı

Hökümət koronavirusun yayılmasına qarşı "məqbul olan" bütün tədbirləri görür.

Qaynarinfo xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nədən fövqəladə vəziyyət elan etməməsiylə bağlı sualı cavablandırarkən deyib.
"Ən uyğun və ən təsirli sayılan tədbirlər görülür", - sözçü deyib.

Beləliklə, Peskov jurnalistlərin fövqəladə vəziyyət rejiminin niyə tətbiq edilməməsi ilə bağlı sualını cavablandırıb. O, əlavə etdi ki, prezident gündəlik vəziyyət barədə lazımi məlumat alır.
 
Alpər