Dünya 18:48 01.10.2019

Rusiya qısa iş həftəsinə mərhələli şəkildə keçmək istəyir

Rusiya Dövlət Dumasında qısa iş həftəsinə mərhələli şəkildə keçmək barədə fikirlər səsləndirilib.

Qaynarinfo xəbər verir ki, Dumanın Əmək, Sosial Məsələlər və Veteranlar Komitəsinin üzvü, Rusiya İşçi Konfederasiyasının vitse-prezidenti Oleq Şeyn bu barədə danışıb. Onun sözlərinə görə, qısa iş həftəsinə mərhələli şəkildə keçmək olar: 2020-ci ildə həftədə 40 yox 39 saat, 2021-ci ildə 38, 2022-ci ildə 37 saat işləməklə.

O.Şeyn bildirib ki, dəyişikliyi yavaş-yavaş etmək lazımdır və iş saatlarını azaltmaq fikrinə müsbət yanaşır.

Duma üzvünün sözlərinə görə, XIX əsrin sonu, XX əsrin əvvəllərində iş saatında ciddi azalma baş verib, lakin dəyişiklik iqtisadiyyatın inkişafına mane ola bilməyib. İnsanlar daha çox dincələndə, gücünü geri qazana bilir və məhsuldarlıq artır. Bu yenilik ölkədə işsizliyin azalmasına kömək edə bilər.

Gülşən