Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

Rusiya səfirliyinin qarşısında aksiya: saxlanılanlar var

3 gündür Rusiyanın Azərbaycan səfirliyi qarşısında jurnalist, Azərbaycan vətəndaşı Fuad Abbasova qarşı Moskıva şəhərində edilən qanunsuzluğa etiraz olaraq aksiya keçirilir.

Qaynarinfo xəbər verir ki, bu gün də saat 14::00-da başlayan aksiya zamanı Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı polis tərəfindən saxlanılıb. Bu barədə Ramin Hacılı özü məlumat verib: 

"22 may tarixindən hər gün keçirilən etiraz aksiyasınin üçüncü günü idi. Mən səfirliyin qarşısına yaxınlaşıb insanlara plakat və Azərbaycan bayraqları paylamağa başladım. Bu məqamda polislər yaxınlaşaraq səfirlikdən məni çağırdıqlarını dedilər. Bir az getdikdən sonra maşına əyləşdirərək Bakı Şəhər Baş Polis idarəsinə apardılar.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı tərəfindən qəbul olundum. Ona DİN-ə və BŞİH-ə olan rəsmi müraciətimi təqdim etdim və aksiyanı keçirməkdə məqsədimizi izah etdim. Təxminən yarım saat davam edən söhbət zamanı məni inandırmağa çalışdılar ki, Azərbaycan dövləti ən yüksək səviyyədə Fuad Abbasovun işi ilə məşğuldur və sizin sözünüz artıq aidiyyatı yerlərə çatıb, onun hüquqlarının bərpa olunması üçün iş aparılır. Daha sonra "profilaktik söhbətin” başa çatdığını deyib məni sərbəst buraxdılar. İndi öyrəndim ki, aksiya iştirakçılarını polislər saxlayaraq Nəsimi rayonu 20-ci Polis Bölməsinə aparıb. Və hazırda orada saxlayırlar. Hazırda ora gedirəm".

Ramin Hacılının həyat yoldaşı, yazar Aysel Əlizadə də saxlanılanlar arasındadır.

XƏBƏRLƏR
BLOGLAR