Dünya 15:20 07.10.2017

Rusiya: Şimali Koreya ABŞ-ı vurmağa hazırlaşır

Şimali Koreyanı ziyarət edən rusiyalı deputat Anton Morozov bu ölkənin ABŞ-ın qərb sahillərini vurmağa hazırlaşdığını iddia edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, deputatın iddiasına əsasən gerçəkləşdiriləcək uzaqmənzilli raket sınağı zamanı hədəf ABŞ-ın qərb sahilləridir və ona bu plan barədə riyazi hesablamaları göstəriblər. 

Sınağın Koreya İşçi Partiyasının yaranış günü olan 10 oktyabrda planlaşdırıldığı deyilir.

Gülşən

Qaynarinfo.Az