Xəbər lenti

Rusiya sülhməramlıları  Qarabağda 10 məntəqə qurdu
Ölkə 21:20 19.10.2023

Rusiya sülhməramlıları  Qarabağda 10 məntəqə qurdu

Son 24 saat ərzində Rusiya sülhməramlıları yollarda hərəkətin təhlükəsizliyini təmin etmək üçün Qarabağda 10 post yaradıblar.

Qaynarinfo oxu.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirlib ki, həmin postlardan beşi Azərbaycan tərəfi ilə birgə qurulub.

Müdafiə Nazirliyi əlavə edib ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarında Rusiya sülhməramlılarının ümumilikdə 8 müşahidə və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Qeyd olunub ki, hazırda sülhməramlılar Qarabağın məskunlaşmış ərazilərində elektrik enerjisi və qaz təchizatının bərpası işlərində iştirak edirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->