Dünya 19:00 02.08.2018

Rusiya Suriyada ABŞ-a qarşı xüsusi elektron cihazlardan istifadə edir

Rusiya Suriyada ABŞ ordusu ilə mübarizədə tezlikləri pozan elektron cihazlardan istifadə edir.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, cihazlar vasitəsilə texniki avadanlıqları sıradan çıxarmaq, avtomobilləri, naviqasiya sistemlərini, əlaqə vasitələrini zərərsizləşdirmək mümkündür.
 
ABŞ ordusu bildirir ki, Rusiyanın Avropaya hücumu baş versə, bu cihazlara qarşı mübarizə aparmaq mümkün olacaq. Lakin Suriyada Rusiya, Suriya, İran, İsrail orduları da qarşıdurma şəraitindədir və burada mübarizə daha da çətinləşir.
 
Rusiyaya məxsus texnika hətta təyyarələrə də müdaxilə edə, yüzlərlə km məsafədə yerləşən hədəfləri zərərsizləşdirə bilir. Bu, müharibə bölgəsində daha böyük dəhşətlərin yaşanması üçün kifayət edəcək səbəbdir. 

Bildirilir ki, Rusiya Suriyada ABŞ-a qarşı mübarizədə bu texnikaları sınaqdan keçirir.

Gülşən