Dünya 17:52 11.09.2018

Rusiya: Suriyada "kimyəvi silah hücumu" çəkilişləri başlayıb

Rusiya müdafizə nazirliyinin Suriyada Düşmənçilik edən Tərəflərin Barışması üzrə Mərkəzi ABŞ rəhbərliyi ilə Suriyanın İdlib şəhəri üçün film çəkilişlərinə start verildiyini açıqlayıb.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, saxta kimyəvi silah hücumunu əks etdirəcək provakasiya filminin çəkilişlərində Yaxın Şərqin TV kanalları və ABŞ mətbuatının nümayəndələri iştirak edir. Cisr Əl Şuqur şəhərində baş tutacaq "film" çəkilişində sadə vətəndaşlar və Ağ Bərəlilər adlı mülki müdafiə təşkilatının fəalları iştirak edəcək. Provakasiya filmində təbiilik yaratmaq üçün xlorin qazından istifadə ediləcəyi, bu gün səhər saatlarında bu maddənin əraziyə çatdırıldığı vurğulanıb. 

Qeyd edək ki, avqust ayının sonlarında Rusiya müdafiə nazirliyi müxalif qüvvələr və Böyük Britaniya kəşfiyyat üzvlərinin İdlibdə saxta kimyəvi silah hücumu ssenarisi yaratmaq və Suriya hökümətini ittiham etmək üçün hazırlıqlar görməsi barədə xəbərdarlıq etmişdi. 

Qeyd edək ki, Rusiya, İran və Suriya höküməti müxalif qüvvələrin əlində qalmış son ərazi olan İdlib şəhərində hərbi əməliyyatlara davam edir. Əgər proses uğurla nəticələnsə, Suriyada vətəndaş müharibəsi yekunlaşacaq.

Gülşən