Dünya 14:10 05.09.2017

Rusiya Suriyadakı rus terrorçuları vurdu

Aralıq dənizinin şərqində yerləşən Rusiyaya aid hərbi gəmisi Suriyanın Deyr əz Zor bölgəsində İŞİD terrorçularını vurub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, vurulan hədəflər arasında rütbəli komandirlər, bomba yüklü maşınlar və çox sayda terrorçu var. Öldürülən İŞİD üzvlərinin Rusiya və keçmiş Sovet ölkələrindən olduğu barədə məlumat yayılıb.

Qeyd edək ki, 3 ildir İŞİD işğalında olan Deyr əz Zor bölgəsinə Suriya ordusu dünən daxil ola bilib. Bölgənin kənar məhlələrində şiddətli qarşıdurmalar davam edir. Suriya ordusuna Rusiya hərbi hava qüvvələri də dəstək verir. 

İŞİD ordusunun Rakka, Deyr əz Zor kimi bölgələrdə məğlubiyyətə yaxın olduğu deyilir. BMT bir neçə gün əvvəl açıqlama verərək bildirmişdi ki, İŞİD qüvvələri oktyabrın sonuna qədər Suriyada məğlubiyyətə uğraya bilər.

Gülşən

Qaynarinfo.Az