Dünya 17:26 27.12.2017

Rusiya Suriyadakı yeni hədəfini açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada İŞİD terror təşkilatı ilə mübarizənin yekunlaşdığını və yeni hədəflərini açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İŞİD-in Suriyada hakimiyyətinin sona yetdiyini deyən nazir yeni hədəfin Əl Nüsrə cəbhəsi olacağını açıqlayıb. Radikal cəbhə bir çox ölkə tərəfindən terrorçu təşkilat kimi tanınır.

Rusiya dünən Suriyada daimi hərbi baza yaratmaq barədə qərar qəbul edib. 

Qeyd edək ki, 2014-cü ildən bəri Suriyada möhkəmlənməyə başlayan İŞİD-in əlindəki ərazilər bu il azad edilib. 

Gülşən