Dünya 11:06 17.04.2021

Rusiya tərəfdarı olan Krım tatarları dövrəyə girdi, Ərdoğanı Krıma dəvət etdi

Krım Tatarlarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Eyvaz Umerov Türkiyə Prezidenti Tayyib Ərdoğanı Krım Tatarlarının nümayəndə heyəti ilə görüşə dəvət edib.

Qaynarinfo xəbər verir ki, Umerovun fikrincə, türkiyə liderinin öz fikirlərini "Ukrayna Krım tatarları ilə heç bir əlaqəsi olmayan, Rusiyada yasaqlanmış "ekstremist təşkilat” - "Krım-Tatar xalqı Məclisi”nin Ukraynada yaşayan radikal liderlərinin yalan məlumatları əsasında formalaşdırmaq əvəzinə, aydın təsəvvürünün yaranması, hər şeyi öz gözləriylə görüb əmin olması üçün Krıma uçması daha xeyirli olardı. 

"Türkiyə liderləri yarımadanın sakinlərinin, yəni Ərdoğanın bu qədər çox dəstək verdiyi Krım tatarlarının səsini eşitməlidir", - Umerov deyib, Türk liderinin Krım tatarlarının yarımadadakı nümayəndələri ilə ən yüksək səviyyədə görüşməsinin iki ölkə arasında daha sıx qarşılıqlı əlaqələrin qurulmasına kömək edəcəyini bildirib.

Umerov türk liderinin praqmatizminin, rusiyalı həmkarı ilə şəxsi münasibətlərinin gələcəkdə "rol oynayacağını və Krımın təkcə Türkiyə tərəfindən deyil, hamı tərəfindən birmənalı olaraq Rusiyanın ərazisi kimi tanınacağına” inandığını bildirib.

Alpər