Foto 18:48 01.02.2018

Rusiya terrorçulara qoşulan azərbaycanlıları axtarışa verib (FOTO)

Rusiyanın hüquq-mühafizə orqanları terrorçulara qoşulmuş daha bir azərbaycanlını beynəlxalq axtarışa verib. 

Lent.az xəbər verir ki, ölkədən kənarda qanunsuz hərbi birləşmələrdə iştirak etdiyinə görə, Dağıstanın Berikey kənd sakini, 21 yaşlı Həsənxan Aslanbəyov barəsində İnterpol xətti ilə axtarış elan edilib.

Qeyd edilib ki, Həsənxan Aslanbəyov milliyətcə azərbaycanlıdır və rus dili ilə yanaşı Azərbaycan dilini də bilir.

Bundan başqa Rusiya hüquq-mühafizə orqanları 27 yaşlı azərbaycanlını dabeynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlu qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.

A. Muradlı Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan edilib və tutulması üçün İnterpola müraciət olunub.