Dünya 11:01 28.02.2020

Rusiya Türk hərbçilərinə qanlı hücumu belə əsaslandırdı və iştirakını dandı

Türk qoşunları İdlibdə Suriya qoşunlarının mövqelərinə doğru irəliləyən yaraqlılar arasında olduğu üçün hücuma məruz qalıb.

Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilib ki, hərbi personal Behun qəsəbəsin yaxınlığında atəşə tutulub. Eyni zamanda Suriya tərəfi bu bölgədə Xeyyət Təhrir əş-Şam yaraqlılarının (Rusiyada qadağan edilən Cəbhət ən-Nusranın əsasında yaradılan) mövqelərinə zərbə endirib. Onların geniş cəbhədə hücuma hazırlaşdıqları qeyd olunur.

Müdafiə Nazirliyinin yaydığı məlumatda həmçinin bildirilib ki, Türkiyədən qoşunların İdlibdə yerləşdirilməsi ilə bağlı məlumat istənilib. Göndərilən koordinatlara görə, Türkiyə Silahlı Qüvvələrinin Behun qəsəbəsi ərazisində bölmələri olmayıb və olmamalı idi.

İtkilər barədə məlumatdan sonra Rusiya atəşkəsin və təhlükəsiz təxliyənin təmin olunmasına kömək edib. Həmçinin bildirilib ki, əməliyyatda Rusiyanın aerokosmik qüvvələri iştirak etməyib.
 
Camal