Dünya 16:26 06.07.2020

Rusiya Ukraynanı işğal edəcəkmi? - Kremldən cavab gəldi

Rusiyanın Ukraynanın cənubunda silahlı əməliyyat keçirmək planları ilə bağlı yayılmış mesajlar cəfəngiyyatdır. Qaynarinfo xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. O, hesab edir ki, Ukrayna anti-Rusiya isteriyasını gücləndirməyə çalışır.

Peskova görə, bu cür hesabatlar Ukraynanın cənub-şərqindəki vəziyyətin tənzimlənməsinə kömək etmir.

Qeyd edək ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəhbəri Aleksey Neijpapa Kiyevin Rusiyanın geniş miqyaslı hərbi təcavüzünə qarşı hazırlaşdığını bildirərək, Ukraynanın hətta öz əsgərləri arasında böyük miqyaslı itkilərə hazır olduğunu demişdi. Onun bildirdiyinə görə, Rusiya Krımla həmsərhəd olan Xerson bölgəsinin cənubundan hərbi əməliyyatlara başlayacaq.

Xatırladaq ki, əvvəllər hərbi qarşıdurmanın ehtimal olunan nəticəsi barədə politoloq Yevgeni Satanovski məlumat verib. O vurğulayıb ki, Ukrayna dənizə çıxışını tamamilə itirə, bir növ Avstriya və ya Efiopiyaya çevrilə bilər və bu dövlətin paytaxtı artıq Kiyev deyil, Krıjopol olacaq.

Alpər