Rusiya və Çin ikitərəfli işçi qrupu səviyyəsində Ayda bazalar yaratmaq üçün əməkdaşlıq imkanlarını müzakirə edir.
Qaynarinfo xəbər verir ki, raket-kosmos sahəsindəki bir mənbənin bildirdiyinə görə, bu məsələ Rusiya Elmlər Akademiyası Kosmik Şurasının növbəti iclaslarında müzakirə ediləcək.
"Bu cür qarşılıqlı əlaqə üçün müxtəlif variantlar müzakirə olunur: ortaq bir bazanın və ya yaxınlıqda yerləşən Ay bazalarının yaradılması. Bu yanaşmalar çərçivəsində inteqrasiya dərəcəsi isə gələcəyin müzakirə mövzusudur", - mənbə deyib.
Qeyd olunur ki, Moskva və Pekin yaxın illərdə Aya sözügedən bazanın əsası ola biləcək enmə qurğuları göndərməyi planlaşdırır.
Alpər
Şərhlər