Dünya 14:15 08.07.2020

Rusiya və Çin BMT TŞ-nin Suriyaya yardımla bağlı qətnaməsinə veto qoydu

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının Suriyaya yardımla bağlı qətnamə layihəsinə veto qoyub. 

Qaynarinfo xəbər verir ki, sənədi Almaniya və Belçika təqdim edib.

Qeyd edək ki, layihə Türkiyə ilə sərhədi keçən təxminən 3 milyon suriyalıya humanitar yardım çatdırılması mexanizminin genişləndirilməsini nəzərdə tutur. Sənədə görə, humanitar yardım Suriyaya iki keçid məntəqəsi – Onçupınar və Türkiyə-Suriya sərhədindəki Cilvəligöz vasitəsilə daxil olmalıdır, - bu haqda "Anadolu” məlumat verib. BMT nümayəndələri nəzarət-buraxılış məntəqələrinin birindən fəal şəkildə istifadə edə bilərlər və mövcud mexanizmin müddətini daha bir il uzatmağın tərəfdarıdırlar.

Xatırladaq ki, 2014-cü ildən bəri Suriyaya humanitar yardım tədarükü edilən BMT Təhlükəsizlik Şurasının qətnaməsinin qüvvədə olması iyulun 10-da başa çatır.

Alpər