Ekonomiks 22:55 05.02.2019

Rusiya və İran ödənişlərdə dollardan imtina etdilər

Moskva və Tehran qarşılıqlı ödənişlərdə daha dollardan istifadə etməyəcək.

TASS-ın məlumatına görə, bunu Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

O qeyd edib ki, İranla Rusiya ödənişləri milli valyutalarda yaxud avroda etməyə çalışacaq.

"Əslində iranlılarla qarşılıqlı ödənişlərdə dollardan imtina etmişik. Rusiya rublu və İran rialına, xüsusi ehtiyac yarandıqda isə avroya əsaslanacağıq”, - deyə diplomat vurğulayıb.