Dünya 11:52 01.02.2019

Rusiya Venesuelaya 2 təyyarə qızıl göndərdi

Rusiya Venesuelaya 2 təyyarə qızıl göndərib.

Qaynarinfo xəbər verir ki, Rusiyanın "Novaya Qazeta" mətbu orqanı bu barədə iddia ilə çıxış edib. Bildirilir ki, Rusiyaya aid qızılla yüklənmiş 2 ədəd "Boeing 757" sərnişin təyyarəsi Dubaya gedib. Burada Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankının nümayəndələri tərəfindən təhvil alınan qızıllar nağd pula çevrilib, daha sonra isə Venesuelanın paytaxtı Karakasa göndərilib. 

Bildirilir ki, qızıllar Rusiyada gizlənilən Venesuela qızılları olub. Ölkə prezidenti Nikolas Maduro daha əvvəl ölkəyə 1 milyard avro daxil olacağını açıqlamışdı.

Gülşən