Dünya 10:29 25.03.2019

Rusiya Venesuelaya hərbi qüvvə göndərdi

Rusiyaya məxsus 2 hərbi təyyarə Venesuelanın paytaxtı Karakasa eniş edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, venesuelalı jurnalist Xavier Mayorkanın məlumatına görə, "Antonov-124" yük təyyarəsi və kiçik təyyarə vasitəsilə Karakasa 100 əsgər və 35 min ton hərbi texnika gətirilib. Rusiyalı general Vasili Tonkoşkurov qrupa rəhbərlik edir. 

Qeyd edək ki, son aylarda Venesuelada davam edən siyasi qeyri-sabitlik ölkənin ABŞ-la əlaqələrini pisləşdirib, Rusiya ilə daha da yaxınlaşmasına səbəb olub. Ötən həftələrdə ABŞ əsgərlərinin Venesuela ilə sərhədə göndərilməsi barədə xəbərlər yayılmışdı.

Gülşən