Dünya 14:19 21.02.2020

Rusiya Xəzər dənizi üzərindən Suriyaya qırıcı göndərdi (FOTO)

Rusiya Türkiyənin hava sahəsini rus karqo təyyarələri üçün bağlaması səbəbindən Suriyaya S-24 qırıcılarını Xəzər dənizi üzərindən göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mətbuatı hərbi dairələrə və mülki aviasiya radar informasiya xidmətlərinə istinadla məlumat yayıb. Məlumatda qeyd olunub ki, qırıcılar Tu-154M tipli yük təyyarəsi ilə göndərilib.

Qeyd edək ki, İdlibdə rejim qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinə qarşı hücuma keçməsi və Rusiyanın rejimə dəstək verməsindən sonra iki ölkə arasındakı münasibətlər gərginləşib. 
 
Camal