Dünya 12:02 28.07.2018

Rusiya yeni bir strateji silah yaradır

"Rusiya ordusu yeni starateji silahlar üzərində çalışır".

Qaynarinfo İnterfax-a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Yuri Borisov Rusiyanın 2018-2027-ci illər silahlanma proqramı barədə danışarkən deyib. Onun sözlərinə görə, araşdırmalar Krasnoyarsk şəhərində aparılır.

"Yüksək dəqiqlikli silahlar, ciddi informasiya sistemləri və strateji silahlar sahəsində yeniliklər olacaq", -  Borisov qeyd edib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də imzaladığı qapalı sərəncamında dövlət silahlanma proqramı çərçivəsində silahların modernləşdirilməsi üçün büdcədən 19 trilyon rubl ayrılması nəzərdə tutulub. Bundan əlavə 1 trilyon rubl dəyərində də yeni infrastruktur layihəsi gerçəkləşdiriləcək.