Dünya 18:24 04.06.2019

Rusiya yeni raketini sınaqdan keçirdi

Rusiyanın Aerokosmik Müdafiə Qüvvələri qabaqlayıcı raketini sınaqdan keçirib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, sınaq Qazaxıstanın "Sarı Şaqan" poliqonunda baş tutub. Raketdən müdafiə birliyinin komandiri Vladimir Sergiyenkonun məlumatına görə, proses uğurla yekunlaşıb və raket hədəfi vura bilib.

Gülşən