Dünya 18:15 17.09.2020

Rusiya yenidən karantin məhdudiyyətlərinə qayıdır? – Kremldən cavab

Kreml COVID-19 koronavirusu səbəbindən ölkədə yenidən karantin tədbirlərinin gücləndirilməsi məsələsini müzakirə etmir. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, RİA Novosti xəbər verir ki, səhiyyə xidmətini "səfərbər etmək” üçün əvvəllər aparılan işlər nəticə verib. "Bu, gündəlik olaraq qəbul etsək, yoluxmuş insanların sayındakı artım mövzusunda daha çevik olmağa imkan verir", - sözçü deyib. O, hazırda yeni bir məhdudiyyət rejimi ilə bağlı hər hansı bir "şayiə" üçün əsas olmadığını vurğulayıb.

Xatırladaq ki, dünyada koronavirus pandemiyası başlayandan bəri təxminən 29.9 milyon insan yoluxub, onlardan 940 mindən çoxu ölüb. Rusiyada koronavirusla mübarizə üzrə federal əməliyyat qərargahına görə, 1.085.281 infeksiya hadisəsi qeydə alınıb, 895.868 nəfər sağalıb, 19061 nəfər ölüb.
 
Alpər