Dünya 12:16 10.12.2013

Rusiyada 50 erməni saxlanılıb - VİDEO


Arzamasda 26 yaşlı şəxsin ermənilər tərərindən öldürülməsi Nijeqorod vilayətində yerli sakinlərin ciddi narazılığına səbəb olub

Rusiyanın Arzamas şəhərində 26 yaşlı Aleksandr Slakayevin ermənilər tərərindən öldürülməsi Nijeqorod vilayətində yerli sakinlərin ciddi narazılığına səbəb olub.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə Arzamas şəhər polisi 50 ermənini saxlayıb.

Xatırladaq ki, Aleksandr Slakayevin ölüm hadisəsi Arzamas şəhərində ermənilərə məxsus “Ocaq” kafesində baş verib. Rus millətindən olan iki nəfərlə ermənilər arasında baş verən qarşıdurmada Aleksandr Slakayev ürəyinə vurulan kabab şişinin təsirindən ölüb, onun dostu İqor Karpov isə ciddi xəsarət alıb. Cinayəti törədən 3 erməni polis tərəfindən tutulub.

Hadisənin səhərisi günü 300 nəfər şəhər sakini küçələrə çıxaraq miqrantlara qarşı şüarlar səsləndirərək onların şəhərdən və ümumiyyətlə Rusiyadan qovulmasını tələb ediblər. Rusiya erməniləri birliyinin Nijeqorod vilayəti üzrə bölməsinin sədri Tiqran Şahnazaryan isə bildirib ki, baş verən bu hadisəyə millətlərarası münaqişə kimi baxmaq düzgün deyil.


Qaynar.info