Ölkə 18:58 04.04.2020

Rusiyada azərbaycanlı deputat vəfat etdi

Rusiyanın İvanovo Şəhər Dumasının üzvü, azərbaycanlı iş adamı Sərraf Məmmədov vəfat edib.

Qaynarinfo ent.az-a istinadən xəbər verir ki, o, cərrahi əməliyyatdan sonra dünyasını dəyişib.

Sərraf Məmmədov 1965-ci il fevralın 10-da Füzuli rayonunun Mandı kəndində dünyaya göz açıb. Orta məktəbi Azərbaycanda bitirdikdən sonra təhsilini davam etdirmək üçün Rusiyaya gedib. O, İvanovoda biznes fəaliyyəti ilə məşğul olub. "Azərbaycan” adlı diaspora təşkilatı yaradaraq ömrünün sonuna kimi ona rəhbərlik edib.