Ölkə 17:17 15.06.2018

Rusiyada azərbaycanlı fırıldağı: 20 min rubla özünə rus arvad aldı

Rusiyanın Novqorod vilayətində Azərbaycan vətəndaşının fırıldağının üstü açılıb.

Qaynarinfo-nun musavat.com-a istinadən məlumatına görə, şəhərin Okulovsk rayonunun sakini 20 min rubl (təxminən 550 manat) qarşılığında Azərbaycan vətəndaşıyla nikaha girib.

Məqsəd isə qısa bir zamanda Rusiya vətəndaşlığı almaq olub.

Amma Okulovsk rayon prokurorluğu bu "izdivac”ın qarşısını alıb. Azərbaycan vətəndaşı öz ölkəsinə deportasiya edilib.