Dünya 22:14 26.01.2019

Rusiyada azərbaycanlıları qanunsuz yolla sərhəddən keçirən dəstə ifşa olundu

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin Bryanks vilayəti üzrə idarəsinin əməkdaşları xarici vətəndaşların Belarus ərazisindən Rusiyaya qansunsuz yolla keçidini təşkil edən beynəlxalq cinayətkar qrupu ifşa edib.

Qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən 2 Rusiya vətəndaşı saxlanılıb.

Məlumata əsasən onların köməyi ilə 2018-ci ilin aprel ayında Rusiyaya girişi qadağan edilmiş üç Azərbaycan vətəndaşı sərhədi qanunsuz yolla keçib. Həmin şəxslər Novozıbkovsk rayonunun Mamay qəsəbəsində saxlanılıblar.  

Onların bələdçilərinə qarşı cinayət işi açılıb. Məhkəmə cinayətkara 10 ay azadlıqdan məhrum etmə cəzası kəsib. Onlardan biri bundan başqa 100 min rubl (2573 manat) məbləğində cərimələnib. Çıxarılan qərar artıq qüvvəyə minib. (oxu.az)