Rusiyada bir polis qeyri-adi tələblə həyətə atəş açdı, yaralananlar var (VİDEO)
Yekaterinburq sakini mənzilinin eyvanından yoldan keçənlərə silahla atəş açıb.
Qaynarinfo Rusiya mətbuatına istinadla xəbər verir ki, Çkalovski bölgəsində baş verən atışma nəticəsində iki nəfər yaralanıb - Milli Qvardiya zabiti və bir qız. Güllə qızın qarnına dəyib.
Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər verib ki, yaralı uşağın vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Hadisə yerinə polis gəlib. Evin ətrafı mühasirəyə alınıb, həmin girişdə yaşayan sakinlər təxliyyə olunub.
Telegram kanalı "Baza”nın açıqladığı kimi, təcavüzkar keçmiş polis məmurudur. E1.ru portalı şahidlərə istinadən onun çox sərxoş olduğunu və atəşdən əvvəl bu sözləri qışqırdığını bildirir:
"Mən homoseksuallığın ləğv edilməsini tələb edirəm!"
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər