Dünya 12:35 06.10.2017

Rusiyada dəhşətli qəza: 19 ölü

Rusiyanın paytaxtı Moskvanın 190 km şimal-şərqində yerləşən Vladimir bölgəsində dəhşətli qəza baş verib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Pokrovka stansiyası yaxınlığında avtobusla "Sankt Peterburq-Nijni Novqorod" istiqamətinə gedən qatar toqquşub. Qatarda həlak olan olmayıb, lakin Özbəkistan vətəndaşlarını aparan avtobusda azı 19 nəfər dünyasını dəyişib. Yaralananların dərhal xəstəxanaya çatdırıldığı bildirilir.

Hadisə ilə bağlı istintaq prosesinə start verilib.

Gülşən

Qaynarinfo.Az