Foto 13:07 26.03.2018

Rusiyada dəhşətli yanğın: 64 ölü (FOTO/VİDEO/YENİLƏNİB)

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 53 nəfər çatıb.

Qaynarinfo "RİA Novosti"yə istinadən xəbər verir ki, yanğının baş verdiyi ərazidən 53 nəfərin meyiti tapılıb. Hadisə zamanı 27 nəfər itkin düşüb. Artıq yanğın tamamilə söndürülüb. 


***09.22

Rusiyanın Kemerovo şəhərində yerləşən "Zimnaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") güclü yanğın baş verib.

"Report” TASS-a istinadən xəbər verir ki, faciə nəticəsində ölənlərin sayı 48-ə çatıb, onlarla şəxs isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Təqribən 70 nəfər itkin düşmüş hesab olunur.

Yanğın mühafizəsinə dördmərtəbəli ticarət mərkəzində tüstülənmə barədə məlumat bazar günü günorta saatlarında daxil olub. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının ocağı ticarət mərkəzinin yuxarı mərtəbəsində olub.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. 
 
***
Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov ölənlərin sayının 64-ə çatdığını açıqlayıb. Xəsarət alanların sayı 50-dən çoxdur. 

Daha əvvəl itkin düşən 4 nəfərin sağ tapılması barədə xəbər yayılmışdı.