Ölkə 20:18 24.09.2018

Rusiyada ermənini güllələyən azərbaycanlı yoxa çıxdı

Rusiyanın Ulyansk vilayət məhkəməsində "qara dul” Lidiya Aloyana (ikinci soyadı Süleymanovadır) qarşı çıxarılan hökmə yenidən baxılması üçün ilk iclas keçirilməli idi. Ancaq dinləmələr həftənin sonunadək təxirə salınıb, çünki çoxuşaqlı ananın sifariş etdiyi qətli törədən Sahib İbrahimov məhkəmə prosesində görünməyib. Proses iştirakçılarının heç biri onun harada olduğunu bilmir. 

Oxu.Az xəbər verir ki, iş adamı olan ərini öldürməkdə ittiham olunan çoxuşaqlı ana Lidiya Aloyanın işi bir neçə il araşdırılıb və bəraət hökmü ilə başa çatıb. 

Dörd uşaq anası olan qadın əri Amiran Aloyanın qətlinin sifarişində ittiham olunurdu. İstintaq məlumatlarına görə, ərini güllələmək üçün o, evində işləyən Sahib İbrahimovla razılaşıb. 

Mayın 17-də keçirilən məhkəmə prosesində Süleymanova əməlini etiraf edib, İbrahimovun isə əməli sübuta yetirilməmiş hesab olunub. İttihamçı tərəf bu qərarla razılaşmayıb və Ali Məhkəməyə müraciət edib. Ulyansk vilayətinin baş prokuroru İqor Ryabkov qərarı təzyiq altında verdiyi barədə iddiaları rədd edib. Ali Məhkəmə qərarı ləğv edib və işin yenidən araşdırılması qərarını verib.