Dünya 12:33 30.03.2020

Rusiyada koronavirusa qarşı üç peyvənd hazırlanır

Rusiyada koronavirusa qarşı üç peyvənd hazırlanır.

Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının vitse-prezidenti və biotibbi elmlər bölməsinin rəhbəri, akademik Vladimir Çexonin deyib.
Onun sözlərinə görə, Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya fakültəsi bazasında COVID-19-a qarşı çoxvivalent peyvənd prototipi üzərində iş aparılır. Bu peyvənd təkcə indiki deyil, çox saylı koronaviruslara qarşı effektli ola bilər. Vaksinin hazırlanmasına akademik Mixail Kirpiçnikov rəhbərlik edir.

Bundan əlavə, Şemyakin və Ovçinnikov adına Bioorqanik Kimya İnstitutu akademik Aleksandr Həbibovun rəhbərliyi altında koronavirus zülallarının rekombinant adlanan parçalarından istifadə edərək virusa bənzər hissəciklərə əsaslanan koronavirusa qarşı müasir yüksək texnologiyalı bir peyvənd hazırlayır.

Çexonin Vavilov Ümumi Genetika İnstitutundakı işə də diqqət çəkib. Bu prosesə professor Kozlov rəhbərlik edir. Peyvənd öz səthində üç koronavirus zülalı daşıyır. Bu, polivalent peyvənd yaratmağa kömək edəcək.

Bundan əlavə, Çexonin Rusiya Federasiyasında COVID-19 müalicəsində faydalı ola biləcək üç dərmanın mövcud olduğunu da bildirib.
 
Alpər