Ölkə 20:09 10.11.2017

Rusiyada Mübariz Mənsimova qarşı ifşaedici məlumatlar dərc olunur

"Nezavisimaya qazeta”dan sonra Rusiya KİV-ləri bir-birinin ardlnca "Palmali” şirkətlər qrupunun sahibi, milyarder Mübariz Mənsimovun biznes imperiyasının çökməsi barədə yazılar dərc edir.

Virtualaz.org xəbər verir ki, belə yazılardan biri bu gün Compromat.ru saytında dərc olunub.

Mənbə yazır ki, sadə əmıliyyatlar nəticəsində Mübariz Mənsimov Rusiya büdcəsindən 43 milyon dollar həcmində vergiləri gizlədib. Belə ki, o, 2013-cü ildə "Palmali” MMC-nin sahibi ilduğu "Palmali Gemi Hizmetleri ve Agentelik Anonim Şirketi”ni (İstanbulda qeydiyyatdan keçib) Rusiya firmasına satmağa qərar verib. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş "Palmali Holding Co. Ltd.” şirkəti çıxış edib. Hər iki firma M.Mənsimova məxsusdur.

Məqalədə həmçinin 2016-cı ilin yanvarında "Palmali” MMC-nin direktoru Aleksey Mixelevə qarşı başlanmış səs-küylü cinayət işi xatırlanır. Bundan başqa, qeyd olunur ki, bu ilin sentyabr ayında Mübariz Mənsimov "Lukoil” neft şirkətinin törəməsi olan "Litasco” şirkətini Böyük Britaniyada məhkəməyə verib və müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Vahid Ələkbərovun şirkətindən 2 milyard dollar tələb edib.

Həmin məsələni şərh edərkən V.Ələkbərov bildirmişdi ki, "Palmali” müflisləşmənin astanasındadır və bu məhkəmə prosesi yalnız ictimaiyyətin diqqətini cəlb etmək niyyəti daşıyır.

Qaynarinfo.Az