Video 20:23 26.04.2019

Rusiyada raket zavodu yanır (VİDEO)

Rusiyanın Krasnoyarsk şəhərindəki "Krasmaş" raket zavodu yanır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, zavod korpuslarından birinin damı yanıb.

Yanğın qısa zamanda böyük əraziyə yayılıb və KİV-də yanğının 5 min kvadratmetr sahəni əhatə etdiyi göstərilib.

Hadisə nəticəsində yanan dam örtüyü dağılıb.

Hadisə yerində fövqəladə xidmətlər işləyir. Yanğını dördüncü çətinlik səviyyəsinə aid ediblər.