Rusiyada saqqız şəklində koronavirus dərmanının istehsalı başladı

Rusiyada saqqız şəklində koronavirus dərmanının istehsalı başladı

Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Tədqiqat İnstitutu COVID-19-a qarşı saqqız şəklində dərman istehsalına başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə RBK hərbi departamentə yaxın mənbəyə istinadən məlumat yayıb.

Dərman üzərində işin əvvəllər Qamaleya Tədqiqat Mərkəzi (SIC) ilə birlikdə COVID-19-a qarşı Sputnik V peyvəndinin yaradılmasında iştirak etmiş Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Tədqiqat İnstitutu tərəfindən aparıldığı bildirilir.

Mənbə institutun mütəxəssislərinin çeynənən tablet və pastillər şəklində koronavirusa qarşı mukozal peyvənd hazırladığını deyib.

"Dərman bütün lazımi testləri keçdikdən sonra, koronavirus infeksiyası üçün müxtəlif müalicə və profilaktika rejimlərinə daxil ediləcək", - mənbə əlavə edib.

RBK-nın məlumatına görə, bu, Mərkəzi Tədqiqat İnstitutunun direktoru, polkovnik Sergey Boriseviç tərəfindən təsdiqlənib.

"Bəli, bu istiqamətdə işlər aparılır", - Boriseviç deyib.

Alpər
X
XƏBƏRLƏR
BLOGLAR