Ölkə 23:42 11.02.2019

Rusiyada saxta pul satan azərbaycanlı tutuldu

Rusiyanın Volqoqrad vilayətinin Voljski rayonunda saxta pul əsginaslarının satışında şübhəli bilinən 38 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Volzsky.ru portalının rayon daxili işlər idarəsinə istinadən yaydığı xəbərə görə, saxlanılan şəxs əvvəllər də analoji fəaliyyət səbəbindən həbs olunub.

Saxlanılan şəxs əməlini etiraf edib.

Məlum olub ki, o, Moskva şəhərində tanımadığı şəxsdən beş min rubl nominalları üzrə saxta pullar götürüb. Daha sonra azərbaycanlı bu pulları benzindoldurma məntəqələri və mağazalarda xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb.

Azərbaycanlını səkkiz ilədək həbs və külli miqdarda pul cəzası gözləyir.(virtualaz.org)