Video 14:29 27.01.2021

Rusiyada terrorçular belə saxlanıldı (VİDEO)

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Kaluqa vilayətində "Hizb ut-Tahrir al-Islam” terror təşkilatının üzvlərini saxlayıb.

TASS agentliyi bu barədə FTX-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, saxlanılan şəxslər yerli sakinlər arasında terror ideologiyalarını yayaraq onları öz sıralarına cəlb ediblər.