Ölkə 14:51 19.09.2020

Rusiyada “vurulan” Elman Paşayev özünü İsa peyğəmbərlə müqayisə etdi

Aktyor Mixail Efremovun keçmiş vəkili Elman Paşayev Şimali Osetiyanın Vəkillər Palatası tərəfindən peşə statusundan məhrum edilməsinə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, o bu haqda "Beşinci Kanal”a açıqlamasında bildirib. "Nə etməli? Bu taledir. Yəqin yadınızdadır: İsa da çarmıxa çəkilmişdi”, - Paşayev deyib.

Vəkil yaranmış mürəkkəb şəratə görə ruhdan düşmək niyyətində olmadığını bildirib. Eyni zamanda, Paşayev ömür boyu hüquqşünas kimi təhsil aldığından peşə statusunun onun üçün vacib olduğunu da qeyd edib.

Paşayev yalnız Mixail Yefremovun açıqlaya biləcəyi peşə sirlərini açıqladığına görə vəkil statusundan məhrum edildiyini bildirib.
 
Alpər