Dünya 13:06 02.06.2019

Rusiyada zavodda partlayış: 89 nəfər yaralı var

Rusiyanın Dzerjinsk şəhərində yerləşən zavodda partlayış baş verib.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 89 nəfər yaralanıb. Zərərçəkənlərdən 44-ü zavod işçisi, 45 nəfəri isə yaxınlıqda yaşayan sakinlərdir. 

Partlayış ətrafda yerləşən 309 tikiliyə zərər verib. 

Gülşən