Dünya 18:03 16.05.2018

Rusiyadan Qüds təklifi: "Həm Fələstinin, həm də İsrailin paytaxtı olmalıdır"

Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı mövqeyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Zaxarova "Qüds həm Fələstin, həm də İsrailin paytaxtı olmalıdır" fikrini səsləndirib. O bildirib ki, ABŞ-ın Qüdslə bağlı qərarı birtərəflidir. Zaxarova qərarın bölgədəki gərginliyin artmasına gətirib çıxaracağını vurğulayıb.

Qeyd edək ki, 6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdı. 14 may 2018-ci ildə isə səfirlik Tel-Əvivdən Qüdsə köçürüldü.

Gülşən