Xəbər lenti

Rusiyalı milyarderin oğlunu Nevanın buzları uddu
Dünya 18:24 25.01.2022

Rusiyalı milyarderin oğlunu Nevanın buzları uddu

Milyarder Stanislav Loqunovun səkkiz yaşlı oğlu Leninqrad vilayətində dünyasını dəyişib. Uşaq yeriyərkən buz qırılması nəticəsində çayda batıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Shot” teleqram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, uşaq əkiz qardaşı və məktəb müəllimi işləyən xalası ilə Vsevolojsk rayonunun Novosaratovka kəndində gəzintiyə çıxıb. Onlar Nevanın sahilləri ilə gedərkən, oğlanlardan birinin ayağı altında buz qopub. Xala səs-küydən dönüb qardaşı oğluna kömək etməyə qaçsa da, nəticədə o özü də suya düşüb. Ancaq çıxmağı bacarıb.

Uşağın meyiti hələ də tapılmayıb. Axtarış işləri aparılır.

Ölən məktəblinin atası tanınmış biznes-məşqçi, radio aparıcısı və "Meqameyd”şirkətinin idarə heyətinin sədri Stanislav Loqunovdur. 2019-cu ildə o, 2,8 milyard rubl kapitalla Sankt-Peterburq milyarderlərinin reytinqində 213-cü yeri tutub.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->