Siyasət 13:41 27.07.2013

Rusiyalı politoloqdan Milli Şuraya ZƏRBƏ

"Müxalifət, hətta birləşmiş olsa belə, seçkilərdə qalib gəlmək şansı yoxdu"

"Həqiqətən də Azərbaycanda demokratik qüvvələrinin Milli Şurasının yaradılmasının Rusiyadakı Azərbaycan diasporu tərəfindən dolayısı ilə dəstəklənməsi ilə bağlı nəzəri mövqe var". Qaynar.info-nun məlumatına görə, bunu APA-ya müsahibəsində rusiyalı politoloq Andrey Kazantsev deyib. O hesab edir ki, Moskva Vaşinqton üslubunda eyni vaxtda həm hakimiyyətlə, həm də müxalifətlə əlaqələri dəstəkləməyi öyrənir: "Düşünmürəm ki, Putin şəxsən İbrahimbəyova dəstək vermək qərarına gəlib. Birincisi, seçkinin nəticələrini təxmin etmək çətin deyil, müxalifətin, hətta birləşmiş olsa belə, seçkilərdə qalib gəlmək şansı yoxdur. İkincisi, Azərbaycanın müxalif qüvvələri arasında Qərbyönümlü vektor daha güclüdür və buna görə də, Kreml ABŞ-la artan qarşıdurma tendensiyasını nəzərə alaraq çətin ki, onları ciddi dəstəkləsin".

Qaynar.info