Siyasət 13:59 10.10.2013

Rusiyalı politoloqlardan maraqlı seçki açıqlaması


“Dünən səs verməklə Azərbaycan xalqı regionun dinamik oyunçusu kimi ölkənin gələcək inkişafının lehinə seçim etdi”.

APA-nın xəbərinə görə, bunu politoloq Fikrət Sadıxov “RİA Novosti”nin təşkil etdiyi Bakı-Moskva telekörpüsündə çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, bu da onu göstərir ki, Azərbaycan xalqını yaxın keçmişdə baş verənlər qane edir: “İlham Əliyev prezidentliyi dövründə beynəlxalq aləmdə Azərbaycanın mövqelərini möhkəmləndirməyə nail olub”.
 
Politoloq Mübariz Əhmədoğlu isə seçkilərin nəticələrinin gözlənilən olduğunu deyib: “Azərbaycan xalqı necə səs verəcəyini bilirdi. Rusiyalı müşahidəçilərin çoxsaylı olması isə göstərir ki, Rusiya qonşu ölkə kimi Azərbaycanda baş verənləri diqqətsiz qoymur”.
 
Politoloq Sergey Mixeev qeyd edib ki, seçkilər ərəfəsində prezident Vladimir Putinin Bakıya səfəri Rusiyanın Azərbaycana dəstəyini göstərən siqnal olub: “Rusiya Azərbaycanla yaxşı münasibətlərin qalmasında maraqlıdır və Azərbaycan da buna səy göstərməlidir”.
 
Politoloq Aleksey Vlasov isə hesab edir ki, bu, prezident İlham Əliyevin və komandasının atası Heydər Əliyevin nüfuzuna deyil, öz proqramına əsaslanaraq qalib gəldiyi ilk seçkidir.

Qaynar.info