Dünya 11:20 07.02.2020

Sürücülərin nəzərinə: bu yol bağlandı

Rusiyanı Gürcüstan və Azərbaycanla birləşdirən Gürcü Hərbi Yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün məhdudlaşdırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya-Alaniya Respublikası baş idarəsi rəsmi saytında məlumat yayıb.

"7 fevral 2020-ci il tarixində səhər 08:30-dan etibarən Rusiya Federasiyasından çıxış istiqamətində Vladiqafqaz şəhəri - Lars qəsəbəsi hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağandır", - deyə açıqlamada bildirilib.

Qeyd olunur ki, bu qərar Gürcüstanda hava şəraitinin pisləşməsi ilə yanaşı, Gürcüstan sərhəd polisinin tövsiyyəsi əsasında alınıb.

Ötən gün isə sözügedən yolda yük maşınlarının hərəkəti məhdudlaşdırılmışdı.
 
Camal