Ekonomiks 11:17 26.07.2013

Rusiyanın 700 milyard dollar borcu var

Rusiyanın xarici borcü sürətlə artır.

ANS PRESS-in Rusiya bürosunun məlumatına görə, buna səbəb dövlət şirkətləri və fərdi firmaların aldığı kreditlərdəki artışdır. Rusiya Mərkəzi Bankının verdiyi məlumata görə bu ilin ilk üç ayında Rusiyanın xarici borcu 23.8 faiz artışla 700 milyard dollarla çatıb.

İqtisadi ekspertlər borc miqdarındakı artışın başlıca səbəbini, xüsusi ilə dövlət şirkətlərinin xarici investisiya ilə başladıqları layihələr olduğunu deyirler. Buna misal olaraq “Rosneft”in keçən mart ayında xarici investisiya ilə TNK-BP hisselerini satın aldığı göstərilir.

Şirkətlərin xaricdən borc almasının ölkədəki nağd pulun kifayet qədər olmayışının da göstəricisi olduğuna diqqət çəkən ekspertler, bunun isə ölkə içində faizlərin artması ve iqtisadi inkişaf sürətinin azalmasına yol açacağını deyirler. Rusiya Mərkəz Bankının açıqlamasında ölkədəki bankların da bu ilin ilk üç ayında xarici borclarının 22 faiz artaraq 205 milyard dollara çıxdığına diqqət çəkilib.

Qaynar.info