Ölkə 15:30 23.07.2018

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk” və "Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də "SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, gəmilər Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edəcək.