Siyasət 23:15 13.12.2018

Rusiyaya qarşı sanksiyaların müddəti uzadıldı

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini yarım illiyinə uzadıb.

"Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk "Twitter"də yazıb.

"Qərar: Aİ Minsk razılaşmalarının həyata keçirilməsində heç bir irəliləyiş olmadığını nəzərə alaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaları yekdilliklə uzadır", - deyə Tusk bildirib.

Bundan əvvəl isə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməyəcəyi bildirilmişdi.