Dünya 15:07 15.12.2017

Rusiyaya qarşı sanksiyaların vaxtı uzadıldı

Avropa İttifaqının Belçikanın paytaxtı Brüsseldə keçirilən növbəti zirvə görüşündə Rusiya barədə qərar qəbul edilib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Aİ şura sədri Donald Tusk Rusiya qarşı tətbiq edilən və 2018-ci ilin yanvarında bitən iqtisadi sanksiyaların vaxtının uzadılması barədə məlumat verib.

Qərarın gələn həftə təsdiqlənməsi gözlənilir.

Gülşən