Maqazin 23:45 21.12.2019

Ruslan Abışov: "Deyirdilər ki, Sevdanın klipinə çəkilib deyə zəif oynayır"

Təklif gəldi ki, çəkilim. Hansısa bir futbolçunun tanınmış müğənnimizin klipində rol alması olmamışdı.

Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi” futbol klubunun yarımmüdafiəçisi Ruslan Abışov AzTV-də yayımlanan "Telesəhər Ell və Nikki ilə” verilişində deyib.

O, müğənni Sevda Yahyayevanın iki klipində aktyor kimi özünü sınamasından söz açıb:

"İki klipə çəkilmişəm. Qardaşımla Sevdanın prodüseri danışmışdılar. İdman sahəsində ajiotaj oldu. Hansı oyunu pis oynayırdımsa, deyirdilər ki, klipə çəkilib deyə belədir – zəif oynayır”.