İdman 09:43 08.11.2013

Ruslan Abışovun komandası Avropada rekord vurdu

“Rubin” Avropa Liqasında bu mövsüm digər komandaları qabaqlayaraq dünən 1/16 finala vəsiqə qazandı.

Bundan əlavə, o, Avropada yeganə klubdur ki, 5 mövsüm ard-arda 1/16 finala çıxır.
 
Azərbaycan yığmasının futbolçusu Ruslan Abışovun komandası öz evində İngiltərənin "Uiqan" (1:0) klubunu minimal hesabı ilə məğlub edərək 4 oyundan 10 xal qazanıb.
 
Milli.Az xəbər verir ki, Qurban Berdıyevin klubu bu turnirdə vaxtından əvvəl növbəti mərhələyə vəsiqəni təmin edən yeganə klubdur.

Qaynar.info